Yaşıl enerji , bərpa olunan enerjinin bir hissəsidir və ən yüksək ekoloji fayda təmin edən, bərpa olunan enerji mənbələrini və texnologiyalarını təmsil edir.
Yenilənə bilən enerji mənbələri, yer üzündə və təbiətdə əsasən hər hansı bir istehsal müddətinə (prosesinə) ehtiyac olmadan təmin edilə bilən, fosil mənbəli (kömür, neft və karbon) olmayan, elektrik enerjisi istehsal edilərkən CO2 emissiyası, ətraf aləmə zərəri və təsiri ənənəvi enerji mənbələri ilə müqayisədə daha az olan, daim öz-özünü yeniləyən və təbiətdə istifadəyə hazır olan hidrolik, külək, günəş, geotermal, biokütlə, bioqaz, dalğa kimi enerji qaynaqlarını ifadə edir.
Hava çirkliliyinin azaldılması
Su çirklənməsinin azaldılması
İstixana effektinin azaldılması
Torpaq eroziyasının azaldılması, flora və faunanın, meşə zolaqlarının qorunması
Yenilənə bilən, yerli və tükənməz olmağı
İqtisadi baxımdan ekonomik olmağı
Aşağı yanacaq xərcləri
Aşağı əməliyyat xərcləri
Tullantıların atılmasının aşağı qiyməti
Quraşdırılma və sökülmə müddətinin və xərclərinin aşağı olmağı
Quraşdırılma və sökülmə müddətinin və xərclərinin aşağı olmağı
Daha çox iş imkanı
Enerji sektorunda ölkənin asılılığının olmamasının təmin edilməsi
Müasir olmağı
İndiki və gələcək nəsillərin hüquqlarına hörmət etmək
Ekoloji olmağı
Sosial və iqtisadi inkişafa dəstək
Yanacaq inhisarlarını qorumaq
Adi elektrik enerjisi havanın çirklənməsi və istixana qazı tullantılarının əhəmiyyətli bir mənbəyi ola bilər. Yaşıl enerjiyə keçmək, elektrik enerjisindən istifadəni minimuma endirərək ətraf mühiti yaxşılaşdırmaqla yanaşı, aşağıdakı digər dəyərli faydaları da verə bilər:
Yenilənə bilən enerji inkişafını dəstəkləyər (birbaşa və ya dolayı yolla)
Satın aldığınız elektrik enerjisi ilə əlaqəli karbon emissiyasını azaldar
Gələcəkdə elektrik bahalaşmasına və qiymət dəyişkənliyinə qarşı qorunma təmin edər (müəyyən məhsullar)
Təşkilati istifadəçilər üçün yaşıl enerji:
Marka fərqləndiricisi kimi xidmət edər
Müsbət təbliğat yaradar və təşkilatınızın ictimai nüfuzunu artırar
Vətəndaşların sağlamlığını və ətraf aləmin qorunmağını təmin edər